Aİ taxıl müqaviləsini bərpa etməyi tələb etdi

Nümayəndəliyin saytında verilən məlumata görə, Aİ-nin ali nümayəndəsi Rusiyadan Qara Dəniz Taxıl Təşəbbüsünü yeniləməyi tələb edib.

“Aİ Rusiyanı qərarını yenidən nəzərdən keçirməyə və Qara Dəniz Taxıl Təşəbbüsünün icrasını dərhal bərpa etməyə çağırır. Avropa İttifaqı bütün malların, xüsusilə də kənd təsərrüfatı məhsullarının Aİ-Ukrayna Həmrəylik Dəhlizləri boyunca dünya bazarlarına vaxtında və sabit tədarükünü daha da dəstəkləmək üçün bütün səylərini göstərəcək”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl Aİ aclıqdan əziyyət çəkən ölkələrə Ukrayna taxılının tədarükü ilə bağlı məlumatları təqdim edib.

Mənbə: TASS

Oxşar xəbərlər