RİA Novosti xəbər verir ki, ABŞ Senatı 2024-cü il üçün müdafiə büdcəsi layihəsinə ABŞ Konqresinin NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiq ediləcəyi təqdirdə rəsmən müharibə elan etməsini tələb edən düzəlişin qəbulunu rədd edib.
83 senator düzəlişin əleyhinə səs verib, yalnız 16 senator onu dəstəkləyib.
NATO Nizamnaməsinin 5-ci maddəsində blokun üzvlərindən birinə silahlı hücum edildiyi təqdirdə Şimali Atlantika Alyansı dövlətlərinin kollektiv reaksiyasının zəruriliyinə istinad edilir. Rədd edilmiş düzəliş, Konqresin Amerika ordusu tərəfindən hərbi əməliyyatlar başlamazdan əvvəl ABŞ-ın müharibəyə daxil olduğunu rəsmən elan etməli idi.
Mənbə: RİA Novosti

