Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, yaxınlıqda baş verən partlayış nəticəsində Çinin Odessadakı Baş Konsulluğu zədələnib. Partlayış dalğası pəncərə şüşələrini yıxıb və binanın divarlarının səthini zədələyib. Departament tərəfindən partlayışın səbəbi dəqiqləşdirilməyib.
İyulun 20-də Rusiya hərbçilərinin zərbəsi nəticəsində diplomatik nümayəndəliyin binasına ziyan dəyibmi və Pekinin bununla bağlı Moskvaya müraciət edib-etməməsi ilə bağlı suala XİN nümayəndəsi belə cavab verib: “Konsulluq əməkdaşları binanı çoxdan tərk ediblər və heç kim xəsarət almayıb. Çin hadisələri yaxından izləyir və maraqlı tərəflərlə əlaqə saxlayır. Biz Ukraynadakı Çin qurumlarının və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik”.
Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper Telegram-da Çin konsulluğunun zədələnmiş binasının fotolarını dərc edib. Fotolarda pəncərənin bir neçə şüşəsinin sındığı görünür.
Mənbə: TASS

