ABŞ-ın Los-Anceles sinfinə aid nüvə sualtı gəmisi USS Annapolis iyulun 24-də Cənubi Koreyanın Ceju adasındakı hərbi dəniz bazasına daxil olub. Bu barədə RİA Novosti Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.
Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, sualtı qayıq oraya əməliyyat missiyası zamanı və ABŞ ilə Cənubi Koreya arasında koordinasiyanın gücləndirilməsi fonunda tədarük etmək üçün gəlib.
Hərbçilərin sözlərinə görə, bu sualtı qayığın səfəri ilə iki ölkənin hərbi dəniz qüvvələri birgə müdafiəni gücləndirməyi və Cənubi Koreya-Amerika alyansının 70 illiyi şərəfinə mübadilə tədbirləri keçirməyi planlaşdırır.
Mənbə: RİA Novosti

