Apple şirkəti yeni Apple M3 çipi əsasında yenilənmiş Mac mini və MacBook Pro kompüterləri üzərində işləyir və onların 2024-cü ilin ortalarından tez təqdim edilməməsi gözlənilir. Bu barədə Bloomberg məlumat yayıb.
Mac mini PC əsas Apple M3 çipini alacağı halda, MacBook Pro 14 və 16 noutbukları daha güclü M3 Pro və M3 Max ilə təchiz olunacaq.
Bloomberg jurnalisti Mark Qurmanın sözlərinə görə, Mac mini Apple üçün prioritet məhsul deyil və bir neçə ildən bir yenilənir. Apple M1 çipli əvvəlki Mac mini 2020-ci ildə, M2 çipinə əsaslanan isə 2023-cü ilin əvvəlində təqdim edilib. Beləliklə, fərdi kompüterlər yalnız 2024-cü ilin sonuna qədər gözlənilir və noutbuklar da öz növbəsində 2024-cü ilin ortalarında peyda ola bilər.
Mənbə: Bloomberg

