Baş nazir Fumio Kişida dövründə Yaponiya hökumətinin bəyənmə reytinqi 30%-dən aşağı düşüb. Bu barədə “Mainichi” qəzeti ictimai rəy sorğusunun nəticələrinə istinadən xəbər verir.
Yaponiya Nazirlər Kabinetinin reytinqi iyunda 33% olan sorğu ilə müqayisədə 5 faiz bəndi aşağı düşüb. İndeks artıq ikinci aydır ki, aşağı düşüb.
Yazın sonunda Kişida Ukraynada işgüzar səfərdə olanda və G7 çərçivəsində bir neçə görüş keçirəndə onun dəstək səviyyəsi 45% olub. Yəni, baş nazir bəyənmə reytinqində 20 faiz bəndi itirib.
Mənbə: Lenta.ru

