Qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Ceff Monson ABŞ-ın keçmiş prezidenti Donald Trampı Ultimate Fighting Championship (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov haqqında söylədiyi sözlərə görə dəstəkləyib.
Monsonun şərhini Sport-Express xəbər verir.
“Tramp MMA-nı sevir. O, Həbib haqqında necə pis söz deyə bilərdi? Nurməhəmmədov hörmətə malik olan məğlubedilməz çempiondur”, – deyə Monson bildirib.
İyulun 25-də Tramp Nurməhəmmədovu böyük döyüşçü adlandırıb. Onun sözlərinə görə, rusiyalı müvafiq qərar versə, yenə də idman karyerasını davam etdirə bilərdi.
Mənbə: Sports.ru

