Opera GX brauzerinin tərtibatçıları kompüter sahibi 14 gündən artıq ardıcıl olaraq proqrama daxil olmadıqda istifadəçinin baxış tarixçəsini saxta ilə əvəz etməyə imkan verən yeni funksiya əlavə ediblər.
Yenilik barədə şirkətin bloqunda məlumat verilir.
Xüsusiyyət iyulun sonunda Fake My History adı ilə ortaya çıxdı. İstifadəçi iki həftə ərzində Opera GX-i açmasa, brauzer funksiyanı avtomatik aktivləşdirəcək.
“Əsl baxış tarixçəsi təəccüblü dərəcədə zövqlü versiya ilə əvəz olunacaq”, – yazıda deyilir. Tərtibatçıların fikrincə, brauzer bütün tarixi saxtalaşdıracaq.
Mənbə: Autotech

