Benin prezidenti Patris Talon üsyançı hərbçilər və devrilmiş prezident Məhəmməd Bazum arasında vasitəçilik etmək üçün Nigerə gəlməyib, RFI radiosu bildirib.
Talonun Nigerdəki missiyası haqqında məlumatı Nigeriya prezidenti Bola Tinubu açıqlayıb. O, bəyan edib ki, Benin prezidenti artıq Nigerin paytaxtı Niamey şəhərinə gedir.
Bununla belə, RFI-nin məlumatına görə, Nigeriya prezidenti ilə Abucada görüşəndən sonra Talon dərhal öz ölkəsinin iqtisadi paytaxtı Kotonu şəhərinə qayıdıb və oranı tərk etməyib.
Mənbə: BBC

