Ən azı altı mülki gəmi, taxıl müqaviləsinin dayandırılmasına və Rusiya Müdafiə Nazirliyinin xəbərdarlığına baxmayaraq, Qara dənizə daxil olaraq Ukraynaya doğru istiqamət alıb. Bu barədə Fransanın “Le Monde” qəzeti açıq mənbə kəşfiyyatı (OSINT) sahəsində ekspert Markus Jonssona istinadən yazır.
Nəşrin məlumatına görə, o, İsrail, Yunanıstan və Türkiyə/Gürcüstandan gələn Ams1, Şahin 2 və Yılmaz Kaptan gəmilərini müəyyən edib. Consonun sözlərinə görə, bu gəmilər açıq şəkildə “Ukrayna” istiqamətini göstəriblər.
O, həmçinin bildirib ki, hazırda Qara dənizdə başqa gəmilər də üzür.
Mənbə: Gazeta.ru

