20/06/2026

Təl-Əvivdə yenidən kütləvi etiraz aksiyası

Təl-Əvivdə minlərlə israilli yenidən hökumət əleyhinə mitinq keçirərək, ölkə hökumətinin apardığı məhkəmə islahatlarına etiraz edib. Bu barədə “Times of Israel” qəzeti yazır.

Nümayişçilər bayraqlar qaldırır və hökuməti ölkəni parçalamaqda ittiham edən şüarlar səsləndirirlər. Nümayişçilərin çoxluğu səbəbindən polis mərkəzi paytaxtın Kaplan küçəsini bağlamağa məcbur olub. Nəşrin məlumatına görə, etiraz aksiyaları təkcə Təl-Əvivdə deyil, paytaxta ən yaxın olan Raanana, Kfar Saba və Hod HaŞaron şəhərlərində də keçirilir.

Bundan əvvəl İsraildə parlament müxalifətinin lideri, Yeş Atid partiyasının rəhbəri Yair Lapid hakim koalisiyadan məhkəmə islahatları ilə bağlı qanunvericilik prosesini 18 ay müddətinə dondurmağı tələb edib.

Mənbə: TASS

Oxşar xəbərlər