19/06/2026

NASA 137 metrlik asteroidin Yerə yaxınlaşdığını açıqlayıb

137 metr uzunluğunda olan 2023 OQ asteroidi avqustun 6-da, bazar günü Yer kürəsindən uçacaq. Bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) Reaktiv Hərəkət Laboratoriyası məlumat yayıb.

Sürəti 76 752 km/saat olan asteroid Yerdən 3,8 milyon kilometr məsafədə uçacaq.

NASA planetimizə 7,4 milyon kilometrdən az məsafədə yaxınlaşan və ölçüləri 150 metrdən çox olan asteroidləri potensial təhlükəli obyektlər siyahısına daxil edir.

Mənbə: Haber Global

Oxşar xəbərlər