Fransalı hücumçu Kilian Mbappe yaxın bir neçə gün ərzində PSJ-nin “arzuolunmaz oyunçular” qrupunda əsasdan ayrı məşq edəcək. Bu barədə AS və Cadena SER-in müxbiri Andres Onrubia Ramos Twitter-də məlumat yayıb.
Hücumçu hələ də gələn yaya qədər PSJ-də qalmaq istəyir, lakin PSJ və klub prezidenti Nasser Al-Khelaifi Mbappe müqaviləsini yeniləməsə, satışa çıxarmağa çalışır.
Mbappenin Fransa komandası ilə müqaviləsi 2023/24 mövsümünün sonuna qədər qüvvədədir. Hücumçu PSJ ilə müqaviləni 2025-ci ilə qədər uzatmaq variantından imtina edib.
Mənbə: TRT Spor

