Tətildən təcili qayıdan Bolqarıstan parlamenti növbədənkənar iclasında məişət zorakılığından müdafiə haqqında qanuna dəyişiklikləri qəbul edib. Bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb.
Belə təcili tədbirlərin görülməsinə səbəb iyunun sonunda Stara Zaqora şəhərində baş vermiş hadisə olub. Daha sonra gənc maket bıçaqla 18 yaşlı qızın üzünü kəsib. Bu hadisə geniş rezonans doğurdu, bütün ölkədə aksiyalar keçirildi, iştirakçılar bu qəbildən olan cinayətlərə görə cəzanın artırılmasını tələb etdilər.
Parlamentarilər arasında xüsusilə qızğın müzakirələrə “məişət zorakılığı haqqında” qanuna rəsmi və vətəndaş nikahları ilə yanaşı daxil edilməsi təklif olunan “intim münasibət” anlayışının tərifi səbəb olub. Əvvəlcə “intim münasibət” iki şəxs arasında uzunmüddətli münasibəti nəzərdə tuturdu. Nəticədə, sosialist deputatların təklifi ilə qanunun son variantında aydınlıq gətirildi ki, söhbət kişi və qadın arasında ən azı 60 gün davam edən intim münasibətdən gedir.
Mənbə: A Haber

