TASS xəbər verir ki, Çinin ABŞ-dakı səfirliyinin nümayəndəsi Liu Penqyu bildirib ki, Pekin Vaşinqtonun Çinin texnologiya sektoruna Amerika investisiyalarını məhdudlaşdırmaq qərarından məyusdur və onun hüquq və maraqlarını qorumaq niyyətindədir.
Diplomat qeyd edib ki, Çinin dəfələrlə dərin narahatlığını ifadə etməsinə baxmayaraq, ABŞ hakimiyyəti yeni investisiya məhdudiyyətləri tətbiq etməyə razılaşıb. Liu Pengyu Pekinin bu qərardan dərin məyus olduğunu vurğulayıb.
Diplomat Vaşinqtonu ABŞ prezidenti Co Baydenin əvvəllər verdiyi vədləri yerinə yetirməyə çağırıb ki, Çini iqtisadi sıxışdırmağa çalışmasın. O, ABŞ-ın belə bir addımının ölkələr arasında normal işgüzar əməkdaşlığa mane olacağına və biznes maraqlarına xələl gətirəcəyinə diqqət çəkib.
Mənbə: TASS

