18/06/2026

Nordwind turistlərin Antalyadan çıxarılmasında Red Wings-ə kömək edəcək

Nordwind Hava Yolları Antalya və Yekaterinburqda saxlanılan turistlərin çıxarılmasında Red Wings-ə köməklik göstərəcək. Bu barədə Rosaviasiyanın Telegram-kanalında məlumat verilib.

Yekaterinburqdan Antalyaya ilkin uçuş Moskva vaxtı ilə saat 16:00-da, Antalyadan Yekaterinburqa – Moskva vaxtı ilə saat 23:15-də planlaşdırılır.

Qeyd olunur ki, “Red Wings” təyyarələrin texniki nasazlıqlarını operativ şəkildə aradan qaldırır və avqustun 15-i Moskva vaxtı ilə saat 07:00-a qədər elan edilmiş qrafikə qayıtmağı planlaşdırır.

Mənbə: A Haber

Oxşar xəbərlər