Narışkin Avropanın sağlam insanı niyə təhdid etdiyini izah edib

İndi Avropa ölkələrində yayılan pozğunluqlara görə sağlam insanın gəlməsi qorxulu olur. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında bildirib.

Departament rəhbəri Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelin Avropanı “çiçəklənən bağ”la, digər qitələri isə “cəngəllik”lə müqayisə edən bəyanatını belə şərh edib.

“Mən əsas avropalı diplomatın gözlərini açmaq istərdim: mənəvi və fiziki cəhətdən sağlam bir insanın Avropaya gəlməsi əslində xoşagəlməz və bəzən hətta qorxuludur”, – Xarici Kəşfiyyat Xidmətinin direktoru deyib.

Mənbə: Report

Oxşar xəbərlər