Hindistanın avtomobil istehsalçısı Mahindra yeni dizel pikapı buraxmağı planlaşdırır. Bu barədə carscoops.com məlumat yayıb.
Nəşrin məlumatına görə, yenilik avtomobil istehsalçısının model cərgəsində 2025-ci ildə peyda olacaq və Avstraliya, Cənubi Afrika və Yeni Zelandiya kimi ölkələrin bazarlarında Ford Ranger və Toyota Hilux pikapları ilə rəqabət aparacaq.
Avtomobil Scorpio-N çərçivəli yolsuzluq avtomobili əsasında hazırlanacaq. Model yeni nəsil turbodizel mühərriki alacaq. İki transmissiya var – mexaniki və avtomatik.
Mənbə: A Haber

