Ukraynanın İsraildəki səfiri Mixael Brodski Tel-Əvivin Kiyevə bir neçə ton dərman göndərdiyini açıqlayıb. Müvafiq nəşr diplomatın Telegram-kanalında yerləşdirilib.
Brodski aydınlaşdırıb ki, dərmanlar artıq Kiyevə çatdırılıb.
“İsrailin Ukraynadakı səfirinin müavini Liron Finkelşteyn və Ukrayna rəsmilərinin iştirakı ilə bu gün Kiyevdə təhvil-təslim mərasimi keçirilib”, – deyə o bildirib.
Mənbə: RİA Novosti

