21/06/2026

ABŞ üçüncü ölkələrdən F-16-ların Ukraynaya təhvil verilməsi imkanını nəzərdən keçirir

ABŞ tərəfdaşları ilə birlikdə dördüncü nəsil Amerika F-16 qırıcılarının üçüncü ölkələrdən Ukrayna qoşunlarına təhvil verilməsi imkanını nəzərdən keçirir. RİA Novosti xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalının efirində bildirib.

“Biz hələ də tərəfdaşlarımızdan ibarət koalisiya ilə F-16 üçün başqa ölkələrdən hansı transfer variantlarının mövcud ola biləcəyini müəyyən etmək üçün işləyirik. Biz bunu mümkün qədər tez etmək istəyirik”, – deyə o bildirib.

Kirbi həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin pilotları “nisbətən tezliklə” bu təyyarələri idarə etmək üzrə təlimlərə başlayacaqlar.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər