Braziliya prezidenti Luiz İnasio Lula da Silva BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) genişlənməsini dəstəklədiyini bəyan edib. Bu barədə TASS məlumat yayıb.
“Düşünürəm ki, bu görüşdə (BRICS-in Yohannesburq sammitində) yeni ölkələrə qoşulmaq məsələsi ilə bağlı bəzi mühüm qərarlar qəbul ediləcək. Mən yeni ölkələrin daxil olmasını dəstəkləyirəm”, – Braziliya prezidenti bildirib.
Onun fikrincə, bu, həm assosiasiyanın özünü, həm də “Beşliyin” yaratdığı Yeni BRİKS İnkişaf Bankını gücləndirəcək.
Mənbə: TASS

