Sveriges radiosunun məlumatına görə, Quran yandırma tədbirlərinin təşkilatçısı Salvan Momika yaxın üç həftə ərzində Stokholm, Malmö və Örebroda oxşar tədbirlərin keçirilməsi üçün 12 yeni ərizə təqdim edib.
Avqustun 21-də yeni ərizələr təqdim edilib, lakin hələ də səlahiyyətli orqanlar tərəfindən təsdiqlənməyib. Stokholm polisi mümkün qədər ictimai toplantılara icazə verəcəyini bildirib və hazırda müraciətlərə baxılır.
İyunun 28-də Salvan Momika polisin icazəsi ilə Stokholmun mərkəzindəki Medborjarplatsen meydanında Quran vərəqlərinin yandırılması aktı törədib. O, İraq və İran səfirliklərində, parlament binasında da analoji nümayişlər keçirib. Onun barəsində nifrət salmaq maddəsi ilə cinayət işi başlanıb.
Mənbə: RİA Novosti

