24/06/2026

ECOWAS Parlamenti Nigerdəki vəziyyətin sülh yolu ilə nizamlanmasına çağırıb

Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin Parlamenti (ECOWAS) Nigerdəki vəziyyətin diplomatik yolla nizamlanmasına dəstək mövqeyini bir daha təsdiqlədi. TASS xəbər verir ki, bu barədə Niger Press Agentliyi məlumat yayıb.

ECOWAS Parlamenti öz mövqeyini Nigeriyanın paytaxtı Abuca şəhərində İcma Komissiyasının sədri Ömər Turay ilə görüşdə bildirib.

Agentliyin məlumatına görə, Ömər Turay üsyançı liderlərlə görüşmək və böhranın siyasi həllini axtarmaq üçün ötən həftə Nigerə səfər edən nümayəndə heyətinin tərkibində olub.

Mənbə: TASS

Oxşar xəbərlər