Braziliya prezidenti Luiz İnasio Lula da Silva XV BRİKS Sammitinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) plenar sessiyası çərçivəsində bildirib ki, ticarət və investisiyalar üçün ümumi ödəniş vahidi alyansın qlobal miqyasda zəifliyini azaltmağa kömək edə bilər.
Bu barədə TASS məlumat yayıb.
“BRICS ölkələri arasında ticarət əməliyyatları və investisiyalar üçün ümumi ödəniş vahidinin yaradılması bizim üçün mövcud ödəniş imkanlarının çeşidini genişləndirəcək və zəifliyimizi azaldacaq”, – Braziliya prezidenti paylaşıb.
Bundan əvvəl da Silva bildirmişdi ki, BRİKS-in vahid valyutasının yaradılması milli valyutaları əvəz etməməlidir.
Rusiyanın maliyyə naziri Anton Siluanov da bildirib ki, BRİKS ölkələri dollara alternativ ümumi hesab vahidinin yaradılması imkanını müzakirə edirlər. O qeyd edib ki, ticarət əlaqələri milli valyutalarda hesablaşmaların prioritetliyi ilə inkişaf edir.
Mənbə: TASS

