“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ailəsinin ömürlük və karyerasını davam etdirmək üçün Mayamini seçərkən yanılmadığını deyib.
Onun sözlərini TyC Sports yayıb.
“Bu, bir ailə qərarı, ailənin yaxşılığını düşünmək cəhdi idi. İki çətin ilimiz oldu, özümüzü yaxşı hiss etmədik və bu, bizə baha başa gəldi.
Biz Barselonada yaşadığımız vaxta bir az da yaxınlaşmaq üçün – uşaqlarla gündəlik həyatdan, ailədə hər şeyin qaydasında olmasından həzz almaq üçün belə qərar verdik. Mən hər gün oyundan həzz almaq istəyirdim, əvvəllər belə deyildi”, – deyə Messi bildirib.
Mənbə: Goal

