21/06/2026

Suriyada bir neçə gündür ardıcıl etirazlar davam edir

Asharq Al Awsat xəbər verir ki, bir neçə gündür ki, Suriyanın cənub və şərqində 11 şəhərdə hökumət əleyhinə etirazlar davam edir.

Nümayişçilərin mümkün təqiblərdən qorxaraq gecələr mitinqlər keçirdikləri bildirilir. Telekanalın məlumatına görə, avqustun 21-də Nava şəhərində, eləcə də Tasil şəhərində naməlum şəxslər etirazçılara atəş açıb.

Suriyanın cənubunda və şərqində keçirilən etiraz aksiyaları çərçivəsində mağazalar bağlanır və ictimai nəqliyyatda fasilələr başlayır. Həmçinin etirazçılar ümumi tətilə və dövlət orqanlarının işini boykot etməyə çağırırlar. Etirazlara səbəb yerli valyutanın ucuzlaşması və yaşayış şəraitinin pisləşməsidir.

Mənbə: Sputnik

Oxşar xəbərlər