Putin Vaqner PMC-nin fəaliyyətini yüksək qiymətləndirib

Rusiya prezidenti Vladimir Putin Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilinlə Kremldə keçirdiyi görüşdə “Vaqner” özəl hərbi şirkətinin Ukraynada nasizmlə mübarizəyə böyük töhfə verdiyini bildirib.

Dövlət başçısı bildirib ki, ilkin məlumatlara görə, ötən gecə Tver yaxınlığında qəzaya uğrayan təyyarədə bu PMC şirkətinin əməkdaşları da olub.

“Bunlar Ukraynada neonasist rejiminə qarşı mübarizədə mühüm töhfə vermiş insanlardır”, – Rusiya lideri bildirib.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər