22/07/2026

Vaşinqton korrupsiyaya görə Baydenin mümkün impiçmentini elan edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib ki, respublikaçıların əlində olan məlumatlar bizə prezident Co Baydenin impiçmenti məsələsini qaldırmağa imkan verir, Fox News xəbər verir.

Makkartinin fikrincə, əgər respublikaçıların toplaya bildiyi məlumatları dəyərləndirsək, Baydenin impiçment proseduru təbii addım olardı. Spiker hesab edir ki, Amerika prezidentinin bütün ailəsi “korrupsiya mədəniyyəti” ilə məşğuldur.

Makkarti bildirib ki, ölkə ictimaiyyəti Bayden və onun ailə üzvləri ilə bağlı suallara cavab almağa layiqdir.

Mənbə: A Haber

Oxşar xəbərlər