Android-də peyk rabitəsi 150 ölkədə işləyə bilər

Android 14 xüsusi Google Mesajlar mesajlaşma proqramı vasitəsilə işləyəcək peyk funksiyasını təqdim edəcək. Bu barədə SamMobile portalı tərtibatçı Neil Rahmouniyə istinadən xəbər verir.

Həvəskar Android-in beta kodunu tədqiq edib və müəyyən edib ki, yenilik mobil rabitənin olmaması halında istifadəçilərə Garmin peyk sistemi vasitəsilə mətn mesajları mübadiləsi etməyə imkan verəcək. Bunun üçün rus dilində lokallaşdırılmış cihazlarda “Mesajlar” adlanan daxili Google Mesajlar tətbiqindən istifadə ediləcək.

Garmin, öz növbəsində, aşağı Yer orbitində peyklər şəbəkəsini saxlayan Iridium ilə işləyir. Bu məlumat təsdiqlənərsə, peyk funksiyası Android 14 və bu yeniliyə uyğun gələn qurğuların rəsmi buraxılışından sonra dünyanın 150-dən çox ölkəsində mövcud olacaq. Xidmətin qiyməti hələlik açıqlanmayıb.

Mənbə: A Haber

Oxşar xəbərlər