Almaniyada Kiyevə yardım göstərilməsinə qarşı çıxan Vaqenknextin populyarlığı artıb

Almaniya hökumətinin Ukrayna ilə bağlı siyasətini və Rusiyaya qarşı sanksiyaları kəskin tənqid edən Sol Partiyasından olan Bundestaq deputatı Sara Vaqenknext ölkənin ən populyar siyasətçiləri reytinqində üçüncü yeri tutub. Bu barədə “Bild” qəzeti onun sifarişi ilə keçirilən sosioloji sorğunun nəticələrinə istinadən xəbər verir.

Sorğuya görə, Vaqenknext populyarlıq baxımından yalnız müdafiə naziri Boris Pistorius və Bavariyanın baş naziri Markus Söderdən sonra ikinci yerdədir. Reytinqdə dördüncü və beşinci yerləri Şimali Reyn-Vestfaliyanın baş naziri Hendrik Vüst və Sosial Demokrat Partiyasının həmsədri Lars Klinqbeyl tutublar.

Maraqlıdır ki, xarici işlər naziri Annalena Burbok və kansler Olaf Şolz yalnız 11-ci və 12-ci mövqelərdə idilər.

Mənbə: A Haber

Oxşar xəbərlər