19/06/2026

“Roma”nın sabiq futbolçusu Azmunun komandaya keçidini dəyərləndirib

“Roma”nın sabiq yarımmüdafiəçisi Sergey Qurenko “Bayer”dən transfer olunan hücumçu Serdar Azmunun klubdakı uğurunu nəyin müəyyənləşdirəcəyini deyib. Onun sözlərini Euro-Futbol.Ru yayıb.

“Düşünürəm ki, Azmunun yaxşı keyfiyyətləri var. Atletizmdən, sürət datasından danışıram, yaxşı döyüşür. Onun “Roma”da oynamaq üçün bütün variantları var. Onun hazırda hansı vəziyyətdə olması, tərəfdaşlarının etimadı, məşqçi strukturuna necə uyğunlaşacağı önəmlidir”, – deyə Qurenko bildirib.

Başlanan İtaliya çempionatında iki turdan sonra “Roma” 13-cü pillədə qərarlaşıb. Joze Mourinyonun yetirmələri Salernitana ilə heç-heçə oynayıb və “Verona”ya uduzublar.

Mənbə: Euro-Futbol.Ru

Oxşar xəbərlər