Almaniya hakimiyyəti “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı təhqiqatı dayandırır. Bunu TASS-a Bundestaqın deputatı, parlamentin enerji və iqlimin mühafizəsi komitəsinin üzvü Şteffen Kotre deyib.
“Mən təsəvvür edə bilmirəm ki, Qərb kəşfiyyat xidmətləri “Şimal axını”na hücumun necə baş verdiyini bilmir. Bunun arxasında müttəfiqlər, çox güman ki, ABŞ dayanır”, – deyə o, Almaniya hakimiyyətinin əngəl törətdiyini və istintaqın gedişi ilə bağlı məlumatları açıqlamaq istəmədiyini qeyd edib.
Kotretin fikrincə, Almaniya hökuməti üçün ən azı nəzərdə tutulan həcmlərdə qazın Rusiyadan artıq verilməməsi çox əlverişlidir. Bunun əvəzinə istehlakçılar ABŞ-dan bahalı maye qaz almalıdırlar. Deputat onu da əlavə edib ki, Avropa İttifaqı uzun illər əvvəl LNG-nin alınması üçün ABŞ-la danışıqlar aparırdı.
Mənbə: TASS

