İnsanların yaratdığı qlobal istiləşmə növbəti əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər. Qərbi Ontario Universitetinin kanadalı alimləri bu qənaətə gəliblər. Araşdırma “Energies” elmi jurnalında dərc olunub.
Mütəxəssislərin təxminləri əvvəlki hesablamalara əsaslanır və bu hesablamalara əsasən, qalıq yanacaqların yandırılması nəticəsində hər 1000 istixana emissiyası bir vaxtından əvvəl ölümə səbəb olacaq.
Vaşinqton Universitetinin amerikalı alimlərinin son proqnozuna görə, 2200-cü ilə qədər dünya əhalisinin sayı 10,4 milyon nəfərə çatacaq. Beləliklə, növbəti əsrdə istixana emissiyaları ilə bağlı ehtimal olunan itkilər o vaxta qədər ümumi insan əhalisinin təxminən 10%-ni təşkil edəcəkdir.
Mənbə: Lenta.ru

