Yaponiyanın Toyota Motor şirkəti 2023-cü ildə 10,2 milyon avtomobil istehsal etməyi planlaşdırır. Bu barədə TASS Nikkei qəzetinə istinadən xəbər verir.
İstehsal planına əsasən, 3,4 milyon avtomobil Yaponiyada, daha 6,8 milyon ədəd isə ölkədən kənarda olan zavodlarda istehsal olunacaq. Beləliklə, bu rəqəmlər əvvəlki illə müqayisədə müvafiq olaraq 30% və 10% artacaq.
Qeyd edilir ki, planın uğurla həyata keçirildiyi təqdirdə, Toyota Motor tarixində ilk dəfə olaraq ildə istehsal olunan 10 milyon avtomobil zolağının öhdəsindən gələcək.
Mənbə: TASS

