Kindai Universiteti və Yaponiya Milli Astronomiya Rəsədxanasının yapon astrofizikləri Günəş sisteminin kənarında, Kuiper qurşağında yerləşən Yerə bənzər planetin mövcudluğuna dair mümkün sübutlar aşkar ediblər. Araşdırma “The Astronomical Journal” elmi jurnalında dərc olunub.
Kuiper qurşağı Neptunun orbitindən kənarda yerləşir və çoxlu sayda asteroidlərdən və digər göy cisimlərindən, o cümlədən cırtdan planetlər Pluton, Haumea, Makemake və Erisdən ibarətdir.
Tədqiqatçılar öz işlərində müəyyən ediblər ki, bəzi Kuiper qurşağı obyektləri sanki Yerlə müqayisə oluna bilən planetin cazibə sahəsinin təsiri altındadırlar.
Mənbə: Lenta.ru

