25/07/2026

“Barselona” son dəqiqələrdə “Osasuna”dan qələbə qazanıb

“Osasuna”nın “Barselona”nı qəbul etdiyi İspaniya çempionatının dördüncü turunun oyunu başa çatıb. Pamplonadakı “El Sadar” stadionunda keçirilən görüş “Barselona”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Birinci hissəyə əlavə olunmuş vaxtda hesabı “Barselona”nın müdafiəçisi Jül Kunde açıb. 76-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Çimi Avilla hesabı bərabərləşdirib. 86-cı dəqiqədə mavi qranatlı hücumçu Robert Levandovski 11 metrlik zərbəni dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirdi.

Beləliklə, “Barselona” dörd oyundan sonra aktivində 10 xalla La Liqa turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Osasuna altı xalla 10-cu yerdədir. İspaniya çempionatının lideri 12 xal toplayan “Real Madrid”dir. İkinci yerdə 10 xal toplayan “Jirona” qərarlaşıb.

Mənbə: TRT Sport

Oxşar xəbərlər