Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Qara dənizdə elan etdiyi müvəqqəti dəniz dəhlizindən dörd gəminin artıq uğurla keçdiyini açıqlayıb.
Telegram kanalında videomüraciətində Zelenski deyib: “Cənub dəniz limanlarımızdan artıq dörd gəmi bizim yeni, alternativ dəniz dəhlizimizdən keçib”.
Avqustun 16-da Odessa limanından müvəqqəti dəhlizlə yola çıxan ilk gəmi Honq Konq bayrağı altında “Jozef Şulte” konteyner gəmisi olub.
Mənbə: A Haber

