AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Penqyu bildirib ki, Çin-Amerika ticarət əlaqələri “çətin dövr” yaşayır.
Diplomatın sözlərinə görə, Pekin və Vaşinqton arasında iqtisadi əməkdaşlıq və ticarət hazırda çətin vəziyyətdədir. Bunun səbəbləri ticarət tarifləri, birtərəfli sanksiyalar, daha sərt ixrac nəzarəti və ikitərəfli investisiyalara yeni məhdudiyyətlərdir.
Liu Pengyu vurğulayıb ki, son 15 ildə ilk dəfə Çin ABŞ üçün ən böyük idxal mənbəyi deyil və 2016-cı ildə zirvəyə çatan Çin investorlarının Amerika iqtisadiyyatına investisiyaları davamlı şəkildə azalmağa davam edir.
Mənbə: RİA Novosti

