İdman Arbitraj Məhkəməsinin (CAS) xüsusi komissiyası rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın işi ilə bağlı ABŞ nümayəndələrini iclasa buraxmaqdan imtina edib. Bu barədə X sosial şəbəkəsində jurnalist Kristin Brennan CAS sənədinə istinadən məlumat verib.
“CAS arbitrlər heyəti adından sizə bildiririk ki, sorğu CAS koduna uyğun olaraq məhkəmə prosesinin bağlı qapılar arxasında keçirildiyi üçün rədd edilir. Tərəflərdən heç biri açıq dinləmə tələb etməyib”, – ABŞ komandası sorğuya cavab olaraq bildirib.
Avqustun 25-də ABŞ Fiqurlu Konkisürmə Komandası CAS-ın baş direktoruna məktub yazaraq, nümayəndəsinin Vəliyeva işi üzrə qapalı dinləmələrə buraxılmasını tələb edib.
Mənbə: TRT Sport

