DigiTimes xəbər verir ki, bu ilin sonuna qədər yeni nəsil prosessorları alacaq yeganə qadcet iPhone 15 seriyalı smartfonlar olacaq.
Məqalədə deyilir ki, dünyanın ən böyük çip istehsalçısı olan Taiwan Semiconductor Manufacturing Company (TSMC) ilin sonuna kimi Apple-ın yeni iPhone modelləri üçün 3nm çipli prosessorlar istehsalına diqqət yetirəcək.
Materialın müəlliflərinin fikrincə, buna görə də digər avadanlıq istehsalçıları ən azı 2023-cü ilin sonuna qədər yeni nəsil prosessorlara çıxış əldə edə bilməyəcəklər. iPhone 15-in buraxılışı, digər şeylərlə yanaşı, kompüter bazarını da vura bilər. Bununla belə, TSMC kifayət qədər istehsal gücünə malik olsa, ilin sonuna kimi başqa şirkətlər üçün yeni çiplər istehsal edə bilər.
Mənbə: DigiTimes

