24/07/2026

Ərdoğan Putinlə taxıl müqaviləsinin gələcəyi ilə bağlı müzakirələri davam etdirəcəyinə söz verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Qara dəniz taxıl təşəbbüsünün bərpası ilə bağlı danışıqları davam etdirəcəyini bildirib, CNN Turk xəbər verir.

G20 sammitindən qayıdarkən Türkiyə lideri bildirib ki, Türkiyə ərzaq sövdələşməsinin bərpası məsələsinin həlli yollarını axtarmağa davam edəcək və taxıl dəhlizinin sona qədər açılmasına çalışacaq, lakin Qərb də bu istiqamətdə səy göstərməlidir.

“Burada təkcə taxıl yox, gübrə də var. Bu gübrə məsələsi yüngül qəbul edilməməlidir. Ona görə də hər iki məhsulun öz məqsədlərinə çatmasını təmin etmək üçün Putinlə danışıqlarımızı davam etdirəcəyik”, – Ərdoğan vurğulayıb.

Mənbə: CNN Türk

Oxşar xəbərlər