18/06/2026

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya F-35 qırıcılarının satışına icazə verib

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya təxminən 5 milyard dollara 25-ə qədər F-35 qırıcı təyyarəsinin satışını təsdiqləyib.

Bu barədə Pentaqonun Müdafiə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

“Dövlət Departamenti Koreya Respublikasına təxminən 5,06 milyard dollar dəyərində F-35 təyyarələri və müvafiq avadanlıqların potensial satışını təsdiqləyib”, – deyə məlumatda bildirilir.

Pentaqonun məlumatına görə, Cənubi Koreya tərəfi həmçinin mühərriklər, elektron avadanlıqlar və texniki dəstək xidmətləri tələb edib.

Sentyabrın 4-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, ABŞ Asiya-Sakit okean regionuna qeyri-sabitlik gətirməyə çalışır. Onun sözlərinə görə, Moskvanın bununla bağlı fikri Pekində eynidir.

Mənbə: Haber Global

Oxşar xəbərlər