“Aeroflot”un baş direktoru Sergey Aleksandrovski bildirib ki, aviaşirkət sərnişinlər üçün bortda internet xidmətini geri qaytara bilər.
TASS xəbər verir ki, bunu o, Şərq İqtisadi Forumunda keçirdiyi brifinqdə deyib.
Bildirilir ki, forumda “Aeroflot” Rusiyanın təyyarə istehsal edən “Yakovlev” şirkəti ilə “uçuşdaxili əyləncə sistemlərini, o cümlədən peyk rabitə sistemlərini təyyarələrə inteqrasiya etməklə Aeroflot sərnişinlərinin rahatlığını artırmaq” haqqında müqavilə imzalayıb.
“Biz həmçinin Rusiya provayderləri ilə təyyarədə internetin təmin edilməsini müzakirə edirik” dedi Aleksandrovski.
Bundan əvvəl Aeroflot bort şərab siyahısına ən yaxşı yerli şərabların yeni markalarını əlavə etməyi planlaşdırdığını elan etdi.
Mənbə: TASS

