25/06/2026

Ukrayna və Polşa arasında taxılla bağlı yeni qalmaqal yaranıb

Ukrayna nümayəndələri Polşanı Ukrayna taxılının tranzitinə qəsdən maneələr yaratmaqda ittiham ediblər. Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

Ukrayna İxracının Koordinasiya Platformasının iclasında iştirak edən avropalı diplomat deyib: “Ukrayna tərəfinin qeyri-adi emosional davranışı səbəbindən çox gərgin vəziyyət yaranıb.

Materialda deyilir ki, görüş zamanı Ukrayna nümayəndələri Polşa tərəfini sərhəd keçid məntəqələrində gözləmə vaxtını uzatmaq üçün qəsdən baytarlıq nəzarəti tətbiq etməkdə ittiham ediblər. Qeyd olunur ki, “Varşava birbaşa olaraq Ukraynadan taxılın tranzitinə qəsdən maneələr yaratmaqda ittiham olunurdu”.

Mənbə: A Haber

Oxşar xəbərlər