Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl bildirib ki, mayeləşdirilmiş təbii qaz (LNG) terminalları hakerlər üçün kiberhücumların hədəfinə çevrilə bilər. Onun sözlərini Almaniyanın Stuttgarter Nachrichten nəşri sitat gətirir.
“Mümkün əlavə hədəflər kimi, artıq məlum olanlarla yanaşı, maye qazın qəbulu ilə bağlı yeni obyektlər də nəzərdən keçirilməlidir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Almaniya üçün kibertəhlükələrin əsas mənbələrindən biri Rusiya və Çindir.
Mənbə: Lenta.ru

