Ərdoğan Nyu Yorkda Musk ilə Türkiyəyə mümkün investisiyaları müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda multimilyarder İlon Maskla görüşü zamanı amerikalı sahibkarın ölkəyə planlaşdırdığı investisiyaları müzakirə edib. Bu barədə Türkiyənin TGRT Haber telekanalı məlumat yayıb.

Xüsusilə, Musk-a məxsus Tesla-ya investisiyalar, Türkiyədə elektrikli avtomobillər üçün enerji doldurma stansiyalarının fəaliyyəti, Starlink sistemi və X (Twitter) sosial şəbəkəsi haqqında danışılıb.

Telekanal qeyd edib ki, Mask Türkiyə prezidenti ilə görüşə övladı ilə yanaşı çoxlu sayda mühafizəçinin müşayiəti ilə gəlib.

Mənbə: TGRT Haber

Oxşar xəbərlər