Fransanın daxili işlər naziri Gerald Darmanin İtaliyanın Lampeduza adasında kritik miqrasiya böhranı fonunda Avropa İttifaqını (Aİ) qaçqınlarla bağlı siyasətinə yenidən baxmağa çağırıb. Onun sözlərinə görə, Aİ möhkəmlik siqnalı göndərməlidir.
Bu barədə Francetvinfo portalı yazır.
“Əgər siyasi səbəblərə görə təqib olunan sığınacaq axtaranlar varsa, onların qaçqın olduqları açıq-aydın görünür. Və bu halda Fransa həmişə olduğu kimi, bu insanları yerləşdirə bilər”, – Darmanin bildirib.
Bununla belə, Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, miqrantların 60%-də “himanitar problemin olmadığı” “Kot-d’İvuar, Qvineya, Qambiya kimi” ölkələrdən gəlirlər.
O, sığınacaq tələblərinə dərhal baxarkən, “Avropa Birliyinin xarici sərhədlərini qorumaq” və miqrantlar uyğun deyilsə, onları “ölkələrinə geri göndərmək” lazım olduğunu söylədi.
Darmanen, [Avropa torpağımıza gələn insanlara nə olursa olsun, onları qarşılayacaqlarını başa düşmək olmaz” dedi.
Mənbə: Haber Global

