23/07/2026

Avropa İttifaqı Ukraynanın ÜTT-yə şikayətinə təəccübləndiyini bildirib

RİA Novosti xəbər verir ki, Avropa İttifaqının kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski Ukraynanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət etməklə Aİ-nin üç sərhəd dövləti ilə mübahisəni həll etməyə çalışmasından təəccübləndiyini bildirib.

Sentyabrın 18-də Ukrayna ÜTT-yə Polşa, Macarıstan və Slovakiyaya qarşı iddia qaldırıb. Kiyev bu ölkələrin Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymasından narazıdır.

Voytsexovski qeyd edib ki, Avropa Komissiyasının belə halların həlli üçün xüsusi strukturları var. Ona görə də o, Kiyevin tutduğu münaqişənin həlli yoluna təəccüblənib.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər