Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara maneələrə baxmayaraq ABŞ ilə münasibətlərin səviyyəsindən razıdır. “RİA Novosti” xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyasının press-relizində məlumat verilib.
Ərdoğanın BMT Baş Assambleyasında iştirak etmək üçün gəldiyi Nyu-Yorkda Amerika beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirdiyi dəqiqləşdirilir.
Türkiyə liderinin administrasiyasının məlumatına görə, Ərdoğan ABŞ prezidenti Co Baydenlə təmaslar zamanı iki ölkə arasında münasibətlərdə zaman-zaman yaranan əngəllərin əksəriyyətini dəf edib. Qeyd olunur ki, iki ölkə liderləri qarşılıqlı fəaliyyətdə müsbət gündəmi artırmaq qərarına gəliblər.
Mənbə: RİA Novosti

