Ərdoğan deyib ki, Putin Krımı tərk etməyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Krımı tərk etməyəcəyini bildirib. Bu barədə o, PBS-yə məlumat verib.

Ərdoğanın sözlərinə görə, hələ 2014-cü ildə Putinlə Krımla bağlı müzakirələr aparıb, lakin bu, nəticə verməyib.

Bundan əvvəl Ərdoğan Qara dəniz taxıl təşəbbüsünün bərpası ilə bağlı Putinlə danışıqları davam etdirəcəyini bildirmişdi.

Mənbə: A Haber

Oxşar xəbərlər